banner
banner

Gündəm

Jurnalist Aqil Ələsgər saxlanılıb - Əflatun Amaşov təsdiqlədi

Jurnalist Aqil Ələsgər saxlanılıb -

"Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu yoxa çıxıb. Ailəsi iddia edir ki, onu naməlum şəxslər oğurlayıb.

Yenicag.az-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərdən heç bir xəbər yoxdur.

Bu məlumatı həmin sayta açıqlamasında Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova da təsdiqləyib. Günay xanım bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:

“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi.

Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb.

Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik".

****

Mətbuat Şurasının sədri Əflatun Amaşov Aqil Ələsgərin saxlanıldığını təsdiqləyib. Şura sədri bu barədə Facebook-da yazıb:

"İş gününün sonuna doğru “Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.