Yol Polisi xəbərdarlıq etdi: Atmosferi korlayan avtomobil sahiblərinə qarşı tədbirlər görüləcək
Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təsdiq etdiyi “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2018-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasına start verilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, 11 bənddən ibarət plana əsasən, avqust ayının 1-dən etibarən ölkə ərazisində ənənəvi olaraq “Təmiz Hava” aylığı keçirilir.
V.Əsədov qeyd edib ki, bu müddət ərzində avtomobil mühərriklərindən işlək vəziyyətdə ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınmasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət gücləndiriləcək, atmosferə atılan zərərli tullantıların normadan artıq olduğu avtomobillər aşkarlanaraq müvafiq tədbirlər görüləcək:
“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası və eyni zamanda respublikada mütəmadi həyata keçirilən ekoloji tədbirlərə uyğun olaraq Bakı şəhərində yerləşən avtomobil təsərrüfatlarında və xətdə “Təmiz Hava” aylığı çərçivəsində müvafiq rayon dövlət yol polis şöbələri və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində yük və avtobus tipli avtotəsərrüfatı olan idarə və müəssisələrdə də birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
V.Əsədov hər kəsi “Təmiz hava” aylığında iştirak etməyə çağırıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.