banner
banner

Gündəm

Mehman Hüseynovun anası vəfat etdi

Mehman Hüseynovun anası vəfat etdi
Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.
Cia.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.