Aktyor Burak Özçivit haqqında çıxan “tükənmişlik sindromu” xəstəliyi ilə bağlı yayılan xəbərlərə cavab verib. Aktyor xəbərlərin yalan olduğunu bildirib.
O, belə bir xəstəlikdən əiyyət çəkmədiyini və psixoloqa müraciət etmədiyini söyləyib: "Kara Sevda" serialından sonra 2 film və reklama çəkildim. Yeni mövsümə tam hazıram. Yeni bir layihəyə imza atdıqdan sonra Fahriye ilə tətilə çıxacağıq".
Qeyd edək ki, Özçivitin adı çəkilən xəstəlik üzündən bir müddət ekrandan uzaq qalacağı deyilirdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.