Model Günay Musayeva “Baku Fashion Nights 2015” moda günlərinin açılışında iştirak edib. Nümayişdən öncə jurnalistlərin suallarını cavablandıran model Elnur Hüseynovun “Eurovision”da ölkəmizi təmsil edəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib:
“Azərbaycandan Türkiyəyə gedən bütün həmvətənlərimin daima yanındayam. Ora gələn kimi hamı mənə zəng edir. Zəng etsinlər də. Mən ölkəmin insanlarını sevirəm. Elnurun uğurları məni sevindirir. Onun səsi dünyanın yeganə səslərindəndir, onun qiymətini bilmək lazımdır. “Eurovision”a gedib getməməsi haqda dəqiq məlumatı bilirəm, amma heç nə deyə bilmərəm. Elnur özü hər şeyi açıqlayacaq, onun sizlərə çoxlu sürprizi olacaq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.