Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət edib.
Nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə önünə əklil qoyduqdan sonra, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.
Sonra Müdafiə naziri Azərbaycan-Sloveniya Dostluq cəmiyyətinin, Sloveniya ictimaiyyətinin nümayəndələri, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları və yerli sakinlər ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.