Fədayə Laçın ifadə verdi: Mənim ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum Etibar Məmmədovun həbsdən qaçması ilə bağlı təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda ilk olaraq müğənni Fədayə Laçın ifadə verib.
F.Laçın ifadəsində bildirib ki, E.Məmmədovla 2013-cü ildə E.Məmmədovun qardaşının toyunda tanış olub: "Üstündən 2 il keçəndən sonra Etibarın ad günündə oldum, orda münasibətimiz yarandı, sonra Etibar mənə öz qəzəllərini, şeirlərini göndərdi, mən də sənətə maraq göstərən bir insan kimi onun şeirlərini, qəzəllərini bəyənirdim. Etibar həbs olunandan sonra da münasibətlərimiz davam etdi, 3 dəfə onun yanına getdim".
F.Laçın E.Məmmədova açar verməsi haqqında da danışıb. O qeyd edib ki, E.Məmmədovun qaçmaq niyyətində olduğundan xəbərsiz olub: "Mənim ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir. O bilirdi ki, mənim bacım dəmir yollarında işləyir və ona görə də açarı məndən istədi. Sonra Aqil mənə zəng etdi, bacım dedi ki, mən Tiflisdəyəm və başqa bir nəfər vasitəsilə açar Aqilə verildi. Mən Etibarın qaçmaq niyyətində olduğunu bilmirdim, Etibar qaçan günü onu görməmişəm, qaçmamışdan 10-15 gün qabaq onu görmüşdüm, onun qaçması barədə xəbərlərdən eşitdim".
Daha sonra F.Laçın hakimin və digər vəkillərin suallarını cavablandırıb. Hakim bildirib ki, F.Laçın 32 dəfə telefon vasitəsilə E.Məmmədovla danışıb və ən uzun danışıq 40 dəqiqə 30 saniyə olub. F.Laçın E.Məmmədovla tez-tez danışdığını da bildirib.
Daha sonra cinayət işində təqsirləndirilən taksi sürücüsü Məhəmməd Hacıyev dindirilib. M.Hacıyev əvvəllər E.Məmmədovu tanımadığını bildirib: "Günay xanım mənə zəng elədi, ora gedəndə dedi ki, bir nəfəri aparmaq lazımdı, Etibar mənə dedi ki, "artıq-əksik danışma, hara deyirlər sür", mən də qorxduğum üçün onları apardım".
Daha sonra təqsirləndirilən konvoy rəisinin köməkçisi, baş çavuş Tural Poladxanov ifadə verib. O qeyd edib ki, onun vəzifəsi məhbusları etab edən zaman onları kameralara yerləşdirmək olub. "Vaqonda 9 kamera olub. Həmişəki kimi məhbusları yerləşdirdik, qapılar bağlandı, Etibar qatar yola düşməzdən əvvəl dedi ki, rəislə görüşmək istəyir. Sonra Etibarı rəisin otağına apardım, o rəisin otağında qaldı, mən də xidmətimin dalınca getdim. Sonra gördüm ki, bələdçinin otağında Günay xanım oturub. Xanımın orada oturması təlimata zidd idi".
Daha sonra məhkəmə iclası başa çatıb, növbəti iclasın avqustun 15-də davam etdirilməsi qərara alınıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.