banner
banner

Sosİal

Dönərə tövbə deyəcəksiniz

Dönərə tövbə deyəcəksiniz
Sumqayıt şəhərində 2-ci mikrorayon ərazisində fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus istehsal sexində kecirilən reyd zamanı toyuq ətindən çiy dönər ətinin istehsal edildiyi müəyyən olunub. 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin Sumqayıt  Ərazi İdarəsinin nümayəndələri tərəfindən istehsal sahəsində keçirilən monitorinq zamanı dönər ətinin hazırlanmasına qədər bütün proseslərin antisanitar şəraitdə, eləcə də standartın tələb və normalarından kənar həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb. İnzibati xəta haqqında protokol tərtib olunub. Bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.