banner
banner

Gündəm

İntihara cəhd edən jurnalist yazdı: "Bataqlıqdan çıxacam"

İntihara cəhd edən jurnalist yazdı:

Srağagün gecə düşdüyü depressiya səbəbindən intihara cəhd edən tanınmış jurnalist Səbuhi Məmmədli artıq özünə gəlib və sosial şəbəkədki səhifəsində status yazıb. Jurnalistin optimizm dolu qeydlərini təqdim edirİK:

"Çox, həddən artıg gərgin idim. Ne etdiyimin fərgində deyildim. Hə, mən bataqlığa yuvarlanmişam. Və mən bu batagligdan çıxacam. Hər şeyi, adamları, işimi, adımı, saglamlığımı gaytaracam....Mən bu batagligdan çıxıb hamınız üçün sizin arzuladiğınız Səbuhi olacam.

Bu həyat bizə bir dəfə verilir. Heç Allah da verməyib tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra da olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan! Mən şəxsən belə düşünürəm... Və mən yaşayacam. Çünki bunun üçün kffayet qədər səbəblərim var...
Hamınızı sevirəm..."

Qeyd edək ki, gözəl reportajlar ustası son dönəmlərdə peşə karterasında və şəxsi həyatında üzləşdiyi problemlərə görə pessimizmə yuvarlanıb. Dostları, həmkarları onu bu durumdan xilas etmək üçün psixoloji yardımlar göstərirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.