Bu gün Milli Şura Yasamal rayonunda – “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunda “Talana son” şüarı ilə mitinq keçirib.
Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Aksiya son bir ayda manatın kəskin ucuzlaşması ilə əlaqədar yaranan bahalaşmaya etiraz məqsədi daşıyıb. Aksiya "Koroğlu" uverturasının səsləndirilməsi ilə başa çatıb. Mitinqin təşkilatçıları 10 min nəfərin iştirak etdiyini bəyan ediblər. Bakı şəhər Baş Polis İdarəsi isə mitinqdə 600 (altı yüz) nəfərin iştirak etdiyini bildirib. Sonda Milli Şura növbəti mitinqin aprelin 5-də keçiriləcəyini bildirib. Qeyd edək ki, mitinqdə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu jurnalistlərin peşə vəzifələrini necə yerinə yetirmələrinin monitorinqini aparıb.(bizimyol.info)
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.