banner
banner

Hərbİ

Türkiyə döyüş təyyarələri Suriya üçün havaya qalxdı-SON DƏQİQƏ EKSKLÜZİV

Türkiyə döyüş təyyarələri Suriya üçün havaya qalxdı-SON DƏQİQƏ
Türkiyə  Silahlı  Qüvvələrinin Baş Qərargahı , Suriyaya aid bir  döyüş vertolyotunun ölkə  sərhədinə yaxınlaşması  səbəbindən  F-16 döyüş təyyarələrini bölgəyə  göndərdiyini açıqlayıb.
Cia.az Türkiyə mətbuatına istinadən verdiyi məlumatda belə deyilir: "İki  F -16 təyyarəmiz  Hatay - Osmaniye - Qaziantep bölgəsində patrul vəzifəsini icra  edərkən, Suriyaya aid bir ədəd MI-8 vertolyotunun sərhədlərimizə yaxınlaşması səbəbindən  regiona yönəldilmiş,bundan sonra  Suriya helikopteri ərazidən uzaqlaşımışdır.. İki ədəd  F-16 təyyarəmiz hava patrul vəzifəsini saat 18.19-da  tamamlayaraq İncirlik Bazasına dönmüşdür".


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.