Serbiyalı modelyer İvana Sert İnstaqram hesabında yeni fotosunu paylaşıb. Modelyer bədən quruluşu ilə diqqət çəkib.
Əzələli bədənə sahib olan İvananın fotosu izləyicilərin bir qismi tərəfindən bəyənilsə də, bir qismi ona lağ edərək, "Sən bizlərdən deyilsən", "Bodibildinq yarışına get" və başqa şərhlər yazıblar.
Qeyd edək ki, müsahibələrindən birində İvana bu cür bədənə sahib olmaq üçün şəkər, duz, un yemədiyini, qazlı su içmədiyini və axşam saat 19:00-dan sonra qidadan qəbul etmədiyini, müntəzəm olaraq idmanla məşğul olduğunu bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.