banner
banner

Gündəm

"Azərbaycan Dəmir Yolları" QSC-də yeni vakansiyalar

"Azərbaycan Dəmir Yolları" QSC-də yeni vakansiyalar

“Azərbaycan Dəmir Yolları” QSC-də insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilmiş və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə yeni işə qəbul sistemi formalaşdırılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları"nda sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müvafiq əmri ilə təsdiq edilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər rəsmi internet səhifəsinin (www.ady.az) “Karyera” bölməsinə daxil olmaqla müraciət edə bilərlər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.

“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.