banner
banner

Gündəm

BŞİH-dan yeni layihə: Bakı tullantılardan təmizlənəcək

BŞİH-dan yeni layihə:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb ki, şəhərdə tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlanıb. Məlumatda qeyd edilir ki, son vaxtlar Bakıda təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişiklik müşahidə olunur:“Şəhər icra hakimiyyətindən əldə olunan məlumatlara görə, etiraf edilməlidir ki, bu gün tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki   yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi  məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və  xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır. Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcəkdir”, - deyə, məlumatda bildirilib.

“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, əslində bu problem hələ onun vəzifədə olduğu dönəmlərdən mövcud olub: “Hələ sovet dövründə Bakıda zibil təmizləmə zavodunun inşası şəxsən mənim rəhbərliyim altında olub. Həmin zavod normal qaydada işləyirdi. Sadəcə olaraq orada problem çeşidləmədə idi. Avropada hələ 50 il öncədən bunu təşkil etmişdilər. Yəni 3 konteyner qoyurdular insanlar da hərəsinə bir cür zibilləri atırdılar. İndi də bu cür işlər qurmaq lazımdır. Hesab edirəm ki, bunun üçün xaricdən mütəxəssis gətirməyə də ehtiyac yoxdur. Çünki məsələ kifayət qədər sadədir. Problemi həll etmək üçün və sistemi qurmaq üçün hansısa Avropa şəhərinə gedib, orada bir neçə gün qalıb, prosesi öyrənmək kifayət edir. Təsərrüfatın necə qurulduğunu öyrənib, Bakıda da tətbiq etmək olar. Belə bir şey üçün xaricdən mütəxəssis gətirib, onun xərcini ödəmək düşünürəm ki, doğru addım deyil. Mənim vəzifədə olduğum zaman bu işləri Almaniyada olan təcrübədən bəhrələnərək qurmuşduq. Belə ki, həmin zaman getmişdik Almaniyaya və zamanımız olduğu üçün kvartalları gəzmişdik. Şəxsən müşahidə etdim ki, orada bu kimi xidmətlər hansı formada təşkil olunub. Bunu öyrəndikdən sonra  gəlib Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Tikinti İdarəsinin rəisi, sonrada qısa müddət ərzində baş nazirin müavini də olmuş Rauf Gülməmmədovla danışdım. Almaniyada gördüklərimizi Bakıda təşkil etdik. Sonra qəzetlər də bunu yazıb, təbliğ etdilər. Hər kəs bu işi yüksək qiymətləndirirdi. İndi də eyni qaydada xarici ölkələrin təcrübələrindən bəhrələnmək olar. Hər şey üçün xaricdən mütəxəssis çağırmaq sadəcə olaraq, gülməlidir”.

Əzim Məsimov ile ilgili görsel sonucu

Mütəxəssis bildirib ki, bu məsələdə əhalini də maarifləndirmək lazımdır: “Əhalinin özü də bilməlidir ki, zibili hara atırlar. Yəni konteynerlərə uyğun olaraq zibilləri də atmaq lazımdır. Yoxsa şüşə atılan yerə kağız tökmək, doğru deyil və ümumi işi də çətinləşdirir. Deyirlər ki, 1 ton nomenklatura üçün vətəndaş 65 manat pul qazana bilər. Yaxşı, kim 1 ton kağız yığar ki, buna 65 manat pul verəcəklər. Bu təbliğatın özü, qabaqcadan işi öldürmək deməkdir. İşə birinci başlayan zaman həvəsləndirici addımlar atmaq lazımdır. Heç olmasa 300 manat pul veriləcəyini elan etsələr və bu pulu verəsələr, camaat maraqlanar, işə can yandırar. Nəticədə zibillərin yayılmasının da qarşısı alınar. Yoxsa, 1 ton kağızı yığıb daşımaq elə 150 manatdan baha başa gəlir”.

Ekspert bildirib ki, Azərbaycanda tullantılarla bağlı əsas problem çeşidləmə işinin təşkil olunmamasıdır:

“1980-ci illərdə də zavod tikilən zaman çeşidləmə işi təşkil olunmadı. Mən o zaman zavodun tikinti işinin rəhbəri idim. Lakin çeşidləmə işini təşkil etməli olanlar, bunu etmədilər. Lakin həmin zaman bir çox ölkələrdə bu iş görülürdü. İndi də əsas diqqətlər bu məsələyə ayrılmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.