banner
banner

Gündəm

İctimai Televiziya 13 yaşını qeyd edir

İctimai Televiziya 13 yaşını qeyd edir

Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 13 ili tamam olur.

Trend-in məlumatına görə, 2004-cü il noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzaladı. Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə əsaslanaraq yaradılıb, özü də klassik formada – dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da, onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

 

İTV Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür.

Trend İnformasiya Agentliyinin kollektivi İctimai Televiziyanın yaranmasının 13-cü ildönümü münasibətilə həmkarlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.