ANS PRESS-in məlumatına görə, çadır bu gün səhər saatlarında metronun bəzi stansiyalarının qarşısında qurulub. “Elmlər Akademiyası”, "İçərişəhər" stansiyalarının qarşısındakı çadrlar həcminə görə kiçikdir.
Onun hansı məqsədlə qurulduğunu bəlli deyil. Uaxınlıqda olan satıcılar, avtobusların intervalına nəzarət edən konduktorlar və ətrafda olan polis əməkdaşları da çadırın hansı məqsədlə qurulduğunu bilmirlər.
Bakı şəhər İcra Hakimiyyətindən də məsələyə heç bir açıqlama verilməyib. Bakı meriyasından bildirilib ki, hələlik bu barədə heç bir məlumat yoxdur.
Çadırlarda bayramla bağlı satışların olacağı istisna deyil.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.