banner
banner

XƏBƏRLƏR

Fevral ayı ilə bağlı XƏBƏRDARLIQ: Kəskin soyuqlar düşəcək

Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Dərnəgüldə obyekt yanır

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül), ilkin məlumata əsasən obyektdə yanğın başlayıb.

Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər - XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti nəzarətə götürülüb. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb. Bəzi istiqamətlərdə yollar buz bağladığından nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu səbəbdən avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün işlər həyata keçirilir.