banner
banner

XƏBƏRLƏR

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilmişdir.

Ramazan ayı başlayıb

Bu gündən Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.