banner
banner

XƏBƏRLƏR

Hərbi təlimlərə getməyənlərin NƏZƏRİNƏ

Bir çox hərbi xidməti başa vurmuş şəxslər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bəs təlimlərə çağırılan şəxs bundan boyun qaçırsa və getməsə, onu hansı cəza gözləyir?

Bakıda çörək sexi bağlandı

Yasamal rayonu, İnşaatçılar prospektində fəaliyyət göstərən, fiziki şəxs Mirzəağa Calal oğlu Cabbarova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar

İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib. Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs atası, mərhum Rüstəm Əvəzovun 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olduğunu bildirib. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət Proqramı” çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürovlar müəssisənin 55 faiz səhmini qanuni yolla əldə ediblər. Ailənin sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər – hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bu gün də onların əlindədir. Şikayətçilər iddia edirlər ki, 2000-ci ildə keçmiş deputat və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Onların sözlərinə görə, uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Ramiz Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum olub. İ.Əvəzovun sözlərinə görə, bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə səbəb olub. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stress nəticəsində dünyasını dəyişib. Şikayətçilər bildirirlər ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb. Onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır: “Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır, vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktları üzrə ciddi araşdırma aparılmalıdır”. Bundan başqa, şikayətçi onların xəbəri olmadan 25 il öncə Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib: “Maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarmışdı. Bunun əsasında Xətai rayon Məhkəməsinə müraciət edib, qalib gəldik. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə, işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta Apelyasiya Məhkəməsi də xeyrimizə qərar çıxardı. Amma 8 aydan sonra iş Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südabə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək”. İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırılmasını belə izah edib: “Ramiz Mehdiyevə görə heç kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Ramiz Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam Vətən xaini kimi ifşa olundu”.

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

.Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən rayon icra hakimiyyətində əməliyyat keçirlib. Əməliyyatlar zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Başçının müavinləri saxlanılıblar.

Bu xərcləri də icbari tibbi sığorta qarşılayır

Koxlear implantasiya eşitmə itkisi olan şəxslərdə eşitmənin bərpası üçün tətbiq olunan ən müasir və effektiv tibbi üsullardan biridir. Əməliyyat anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqlara və eşitmə cihazlarından fayda görməyən, ikitərəfli ağır eşitmə itkisi olan şəxslərə icra edilir. Uşaqlarda yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), böyüklərdə isə bu hədd 65 yaş kimi müəyyən edilir. 2025-ci ilin birinci yarısında eşitmə qabiliyyətinin bərpası üçün 66 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi

AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Prezident AMEA-da - Fotolar

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib

MN-dən partlayış səsləri ilə bağlı xəbərdarlıq

3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

DİN-dən xəbərdarlıq: Məlumatlarınızı paylaşmayın!

Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.