banner
banner

XƏBƏRLƏR

BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.

Şabalıd generala baha başa gəldi…

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov elə xidmətdə olduğu dövrdə şabalıd biznesi ilə məşğul olub.

Əfvlə bağlı MÜHÜM AÇIQLAMA

“Bu ilin sonunda əfvlə bağlı sərəncamın olub-olmaması barədə hər hansı rəsmi məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əfv etmək cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir və sərəncam cənab Prezident tərəfindən verilir. Ümumiyyətlə, əfvin nə vaxt olacağı barədə hər hansı göstəriş yoxdur. Bunu Prezident özü müəyyənləşdirir. Kimlərin adının siyahıya daxil edilməsi məsələsi də var”.

Müdafiə Nazirliyi məlumat yaydı: Bu ərazilərdə...

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Bu müəllimlərə daha yüksək maaş VERİLƏCƏK

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub.

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında ASAN Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bakıda Zəfər Günü bu yollar bağlı olacaq - Siyahı

Bakıda 8 noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirə hazırlıq məqsədilə noyabrın 5-6-da səhər saat 10:00-dan 16:00-dək məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.