banner
banner

İdman

Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

Roy Kin və Maykl Essyen ən yaxşılar arasında

“İndependent” nəşri 1992-ci ildən İngiltərə Premyer Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.

“Report”un məlumatına görə, onların arasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd “Mançester Yunayted” klubunun əfsanəvi yarımmüdafiəçisi Roy Kinin də adı var.

İrlandiyalı veteran oyunçu 100 nəfər arasında ilk onluğa düşməyi bacarıb. 49 yaşlı mütəxəssis 4-cü pillədə qərarlaşıb.

Karyerasını hazırda “Səbail”də davam etdirən “Çelsi”nin sabiq futbolçusu Maykl Esyen isə 62-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri başçılıq edir. Hazırda “Yuventus”un formasını geyinən “Mançester Yunayted”in keçmiş üzvü Kriştianu Ronaldu 2-ci, onun Mançester klubundakı sabiq komanda yoldaşı, Uels millisinin baş məşqçisi Rayan Giqqz isə 3-cüdür.

Xatırladaq ki, AFFA daha əvvəl Roy Kinlə danışıqlar aparıldığını təsdiqləyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.