banner
banner

İdman

UEFA "Qarabağ"ın "Braqa" ilə matçlarından yazdı

UEFA "Qarabağ"ın "Braqa" ilə matçlarından yazdı

UEFA-nın rəsmi saytı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi oyunlardan yazıb.

Cia.az axar.az-a istinadən bildirir ki, məqalədə qeyd olunub:

"2010/11 mövsümündə Avropa Liqasının finalçısı olan "Braqa" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin qrupda "Napoli"nin və "Real"ın da olduğunu nəzərə alsaq, bunu bağışlamaq olar.

2008-ci ildən avrokuboklarda çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında "Sportinq"ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. "Qarabağ"ın hazırkı heyətində Portuqaliyada olan oynamış çoxlu Cənubi Amerikalı futbolçular var".

Qeyd edək ki, "Braqa" ilə "Qarabağ" arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.