banner
banner

İdman

Dünya mediası "Qarabağ"dan yazır

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.

Daily Sports: "Qarabağ" nağıl kimi uğurun bir addımlığında idi. "Bayer"dən möhtəşəm geridönüş

BR Football: 10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə "Bayer"ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı)

BBC Sport: "Bayer"in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu

Socrates: "Bayer"in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı - Qarabağ FK

TRT Sports: Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı

bbc.com - "Bayer Leverkuzen" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi

Relevent Sports: "Bayer" "Qarabağ" tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi

Beinsports.com - "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq "Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı

Vavel.com - "Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı
Flashscore.com - Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı

Goal.com - Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu
espndeportes.com - Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi.

Marca.com - Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi

Fanatik.com.tr - "Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu

Sportbox.ru - "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib./Offsideplus.az

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.