banner
banner

İdman

“Məmmədyarovlar” şahmat məktəbi yaradıldı -FOTO

“Məmmədyarovlar” şahmat məktəbi yaradıldı

 

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub.

Cia.az xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, AŞF-nin baş katibi İlahə Qədimova, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacısı – beynəlxalq qrossmeyster Türkan Məmmədyarova, atası Həmid Məmmədyarov da iştirak edib.

 

“Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova yaradılan şərait barədə məlumat verərək bildirib ki, burada eyni zamanda 30 uşaq şahmatla məşğul ola bilər. Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. “Məmmədyarovlar” şahmat məktəbinin əsas məqsədi balacalara və yeniyetmələrə şahmatın sirlərini tədris etmək, gələcəkdə yığmada komandada çıxış edəcək yeni adların üzə çıxmasına dəstək olmaqdır.

Sonda gənclər və idman nazir Fərid Qayıbova və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova xatirə plaketləri təqdim olunub.

Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda Vüqar Həşimovun adını daşıyan klub da fəaliyyət göstərir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO

Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib. Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır. Şahanə Rəhimli Musavat.com