banner
banner

İdman

Azərbaycan millisi 10 il sonra dünya çempionu elan edildi

Azərbaycan millisi 10 il sonra dünya çempionu elan edildi

Yunan-Roma güləşi üzrə millimiz 10 il sonra dünya çempionatının qalibi elan edilib.

Cia.az-ın xəbərinə görə, buna səbəb ən ağır çəkidə rusiyalı olimpiya, üçqat dünya və Avropa çempionu Bilyal Maxovun qanında dopinq tapılmasıdır.

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) onu 5 illik cəzalandırıb. Bu səbəbdən onun 10 yanvar 2015-ci ildən 27 yanvar 2020-ci ilədək qazandığı nailiyyətlər sıfırlanıb. Kabardin-Balkariyadan olan güləşçi bu müddətdə 2 bürünc medal qazanıb. Belə ki, ABŞ-nin Las-Veqas şəhərində keçirilmiş dünya çempionatında Maxov həm sərbəstlərdə (125 kq), həm də yunan-Roma güləşində (130 kq) bürünc medal qazanıb. Həmin bürünc medallar müvafiq olaraq Levan Berianidzeyə (Ermənistan) və Robi Smitə (ABŞ) veriləcək.

Yunan-Roma güləşində Bilyal Maxovun bürünc medalının əlindən alınması komanda növündə Rusiyanı 2-ci pilləyə endirib. Azərbaycan isə Rusiyanı 1 xal qabaqlayaraq (millimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 39 xal qazanıb) çempion elan edilib. İndi Rusiya həmin çempionluq kubokunu Azərbaycana, bizim federasiya isə gümüş kuboku qarşı tərəfə verməlidir.

Qeyd edək ki, 2015-ci ildə keçirilmiş dünya çempionatında Rasul Çunayev (71 kq) çempion olub, Rövşən Bayramov (59 kq) 2-ci yeri tutub, Saman Təhmasibi (85 kq) isə bürünc medal qazanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.