banner
banner

Gündəm

Azərbaycanlıların olduğu təyyarə İrəvana endi - 9 il sonra yeni görüş

Azərbaycanlıların olduğu təyyarə İrəvana endi - 9 il sonra yeni görüş

21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin görüş keçirdiyi açıqlanıb.  Hətta ötən gün Azərbaycan nümayəndələrinin olduğu təyyarənin İrəvana eniş etdiyinə dair xəbər erməni ictimaiyyətində maraq doğurdu.

Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirlərindən danışılıb. Həmçinin Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə edilib.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib:

“İstər işğal dövründə, istərsə də müharibədən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub. Doğrudur, bu şəkildə görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə və daha çox üçüncü ölkələrdə baş tuturdu. Msəələn, burada Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasını qeyd etmək olar. Adı çəkilən Platforma 2016-cı ildə elan olunmuşdu və 2017-ci ildə Tiflisdə ilk qurultay keçirilmişdi.

Vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında baş tutan görüşlər “Xalq diplomatiyasının” nümunəsi kimi qiymətləndirilməlidir. Əgər əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini qalib hesab edərək daha çox Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib. İndi Ermənistan hakimiyyəti də, bir çox vətəndaş cəmiyyəti nümayəndələri də əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün ölkələrinin əleyhinə işlədiyinin fərqindədirlər”.

Politoloqun sözlərinə görə, bu tip görüşlər Ermənistan ictimaiyyətinə Azərbaycanla sülhün bu ölkəyə verə biləcəyi xeyirləri təlqin etmək baxımından faydalı hesab oluna bilər:

“Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalar istiqamətində ictimai rəyi hazırlamaq kimi bir missiyanı üzərlərinə götürməsi və konkret fəaliyyət həyata keçirməsi lazımdır. Xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var.

Yəni başqa sözlə, əgər Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri səmimi şəkildə sülhdə maraqlı olacaqlarsa, o zaman keçirilən görüşlər də faydalı nəticələr verəcək. Əks halda, bu görüşlər sülh prossesinə heç bir töhfə verməyəcək”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident təsdiqlədi: Onlara verilən pulun məbləği artırıldı

Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılıb.

Azərbaycanda yeni medal təsis edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 264-VIIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

"TikTok"da "qara pullar" necə yuyulur? — Qalmaqallı AÇIQLAMA

TikTok”da qazanılan vəsait sahibkarların bank hesabına köçürülür. Əgər bu, sahibkar hesabına köçürülürsə, aydındır ki, vergi orqanı həmin əməliyyatı avtomatik görəcək və zəruri vergiləri tətbiq edəcək. Banklar hər ay sahibkarların hesabları barədə məlumatı Vergilər Xidmətinə təqdim edirlər, buna görə də bu proses şəffaf olur”.

Ramiz Mehdiyevin Ukraynada “imperiyası” üzə çıxır

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.