banner
banner

Sİyasət

Paşinyan Türkiyə ilə sərhədin açılışından danışıb

Paşinyan Türkiyə ilə sərhədin açılışından danışıb

Cia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Türkiyə ilə Ermənistan sərhədlərinin açılacağına ümidvar olduğunu bildirib.
Tbilisidə keçirilən V "İpək yolu" forumunda çıxış edən Paşinyan Türkiyə ilə pozitiv dialoqun belə ümidlər verdiyini söyləyib.
Paşinyan deyib: "Bu gün biz təkcə siyasi yox, texniki cəhətdən də Türkiyə ərazisindən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırıq. Ermənistanda Marqara, Yeheqnadzor, Sisian və Qoris marşrutları üzrə yollar və sərhəd infrastrukturu buna hazırdır".
Onun sözlərinə görə, Ermənistan siyasi baxımdan Naxçıvandan Azərbaycana və əksinə yüklərin tranzitini təmin etməyə də hazırdır, lakin müvafiq infrastruktur yoxdur: "Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan, Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi yaratmağa hazırıq, lakin dəmir yolları təmir və bərpa tələb edir. Əminəm ki, bu texniki məsələlər iki-üç il ərzində öz həllini tapacaq".
Onun sözlərinə görə, tezliklə Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana, eləcə də Ermənistan, Azərbaycan və Türkiyə arasında boru kəmərləri və elektrik xətləri çəkiləcək. Dəmir yolu və avtomobil yolları da hazır olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər