Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı
Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, əvvəllər məhkum olunmuşlar- 22 yaşlı X.Hüseynov, 23 yaşlı X.Ağayev və 26 yaşlı S.Elbruszadə saxlanılıblar.
Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.