banner
banner

Krİmİnal

Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş - FOTO

Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş - FOTO

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.

Cia.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.

Polkovnik-leytenant R. Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb. Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.