Abşeron və Səbail rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb
Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.
Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib. Polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.
Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.