banner
banner

Təhsİl

Qalmaqallı direktorun yerinə yeni təyinat

Qalmaqallı direktorun yerinə yeni təyinat

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Cia.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə Vaqif qızı İmanova təyinat alıb.

Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.

Belə ki, məktəbin müəllimləri direktor Sevda Sarıyevanın onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri “dərs dilənçiləri”, “hinduşkabaş” adlandırdığını bildirmişdilər. Bundan sonra aparılan araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru S. Sarıyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu müəllimlərə daha yüksək maaş VERİLƏCƏK

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub.

"Müəllimlər Günündə hər uşaqdan 60 manat pul yığıldı" - DAHA BİR MƏKTƏBDƏ RÜŞVƏT QALMAQALI

Son zamanlar ən aktual olan şikayətlərdən biri də rüşvətlə bağlıdır. Bu dəfə də Səbail rayonunda yerləşən 132-134 nömrəli məktəbin valideynləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Onlar bildirirlər ki, son zamanlar müxtəlif təhsil ocaqlarında çalışan rüşvətxor direktor və müəllimlər işdən azad olunsalar da, hələ də direktor və müəllim heyəti arasında öz qanunsuz əməllərindən əl çəkməyənlər var:

Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub- FOTO

15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.