Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub- FOTO
15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.
Tədbirdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə məktəbdə 1035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur. Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird qədəm qoyub.
Ümumilikdə məktəbdə 116 şagird təhsil alır. Xocalının Ballıca kənd orta məktəbində isə bu il 7 şagird birinci sinfə qəbul olunub.Məktəbdə ümumilikdə 168 şagird təhsil alır. Ağdərə rayonunun kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb. Həsənriz kənd orta məktəbində 3, Vəngli kənd məktəbində 2, Suqovuşan kənd orta məktəbində 8, Talış kənd orta məktəbində isə 4 şagird birinci sinfə qəbul olunub.Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.
Son zamanlar ən aktual olan şikayətlərdən biri də rüşvətlə bağlıdır. Bu dəfə də Səbail rayonunda yerləşən 132-134 nömrəli məktəbin valideynləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Onlar bildirirlər ki, son zamanlar müxtəlif təhsil ocaqlarında çalışan rüşvətxor direktor və müəllimlər işdən azad olunsalar da, hələ də direktor və müəllim heyəti arasında öz qanunsuz əməllərindən əl çəkməyənlər var:
Parlamentdə, icra hakimiyyətlərində, nazirliklərdə, hüquq-mühafizə orqanları və s. qurumlarda bu universitetin diplomunu daşıyanlarların attestasiyasını kim aparacaq?
“Müəllimi olduğum Füzuli rayon Qayıdış qəsəbə 7 saylı tam orta məktəbdə aprel ayından işıq yanmır. Transformator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır, məktəb qəzalı vəziyyətdədir. Nazirlik üzərinə düşən işlərin birini də yerinə yetirmir”.
Musiqi məktəblərinə bu il keçirilən qəbul imtahanlarında 80, 90 və hətta maksimal 100 bal toplayan uşaqların əksəriyyəti pullu əsaslarla təhsilə yönləndirilib.
Son illərdə 11 illik orta məktəb attestatı ilə xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınıb-tanınmaması məsələsi müzakirələrə səbəb olub.
Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra hər il 20-35 min arasında abituriyent müsabiqədən kənarda qalır və onlardan bəziləri xaricdə təhsil almağa üz tutur. Əksəriyyət isə attestatla xaricdə təhsilə üstünlük verir.
Rektor Elçin Babayev ölkənin bir nömrəli universiteti olan Bakı Dövlət Universitetini dədə mülkü kimi idarə edir. Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub.
Ötən həftə ali təhsil müəssisələrinin qəbulun nəticələri açıqlanıb, müsabiqədə 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bu il ölkəmizdə keçiriləcək Formula-1 Qrand Prisinin başlama tarixi yeni tədris ilinin “start” götürəcəyi tarixə təsadüf edir. Belə ki, məktəb və ali təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə yollarda yaranan sıxlıq Formula-1-in “start” götürməsi ilə daha da çıxılmaz hal ala bilər.