Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği TƏSDİQLƏNDİ
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.
Cia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.
Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.
Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.
Milli Məclis uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.
2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.