banner
banner

Təhsİl

Bu müəllimlər də sertifikasiyadan KEÇƏCƏKLƏR

Bu müəllimlər də sertifikasiyadan KEÇƏCƏKLƏR

Milli Məclis uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

Eyni zamanda sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək./Redaktor.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Valideynlərə vacib XƏBƏR - Aprelin 15-dək...

Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.

Regionlara bu universitetlər köçürüləcək

Universitetlərin bölgələrə köçürülməsi məsələsi həm iqtisadi, həm də sosial-akademik baxımdan ciddi strateji qərardır. Bir çox ölkələrdə böyük şəhərlərin yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək üçün universitetlərin yerləşməsi yenidən optimallaşdırılır. Burada həm ümumi yanaşma, həm də mümkün universitet-region istiqamətləri mövcuddur".

Ali məktəblərdə təhsil haqları artacaq

Son illər ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Hər il bəzi ixtisaslar üzrə qiymətlərdə baş verən bu dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir. Təhsil haqlarının formalaşmasına təsir edən amillər, universitetlərin xərcləri və tədrisin keyfiyyətinin təmin olunması kimi məsələlər bu mövzuda diqqət çəkən məqamlardandır. Mövcud vəziyyət fonunda ali təhsil müəssisələrində təhsil haqlarında müşahidə olunan artımların hansı səbəblərlə bağlı olduğu və bu il qiymətlərdə dəyişiklik gözlənilib-gözlənilmədiyi də müzakirə predmetinə çevrilir.

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı rayonlarında, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. Bu gün tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.