banner
banner

Təhsİl

MİQ imtahanları bu tarixdən başlayacaq - AÇIQLANDI

MİQ imtahanları bu tarixdən başlayacaq - AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin 14 iyuldan başlaması nəzərdə tutulub.

Cia .az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli bildirib. Onun sözlərinə görə, ölkə üzrə 23 müxtəlif şəhərdə 56 müxtəlif imtahan mərkəzi hazır vəziyyətə gətirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib.

Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub. Ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq.

Bu il ilk dəfə olaraq Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.

"Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün video təlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilmişdir.

Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.

Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. 14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək", - N.İsmayılbəyli bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

MİQ üzrə vakant yerlərin SİYAHISI

Naxçıvan Muxtar Respublikası üzrə ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.

Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi AÇIQLAMA

Bakıda 315 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdinə qarşı müəllim tərəfindən qeyri-etik davranış göstərildiyi ilə bağlı iddia gündəmə gəlmişdi. Valideynin sözlərinə görə, şagirdin dərs zamanı saqqız çeynəməsi səbəbilə müəllim onunla sərt rəftar edib və bu, ictimai müzakirələrə səbəb olub.

Bu il hansı qrupda ballar aşağı düşəcək?

Hər il ali məktəblərə qəbul imtahanları keçiriləndə abituriyentləri və valideynləri düşündürən ən aktual sual keçid ballarının hansı istiqamətdə dəyişəcəyidir. İmtahan suallarının çətinlik dərəcəsi, plan yerlərinin artırılması və abituriyentlərin ümumi nəticələri bu dinamikaya birbaşa təsir göstərir.

DİM məlumat yaydı

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.