banner
banner

Dünya

Rusiya Ukraynada sərnişin avtobusunu vurdu

Rusiya Ukraynada sərnişin avtobusunu vurdu

Rusiyaya məxsus FPV tipli pilotsuz uçuş aparatı Xerson şəhərinin mərkəzi küçələrində hərəkətdə olan sərnişin avtobusuna hücum edib.

Cia.az xəbər verir ki, Ukrayna Milli Polisinin yaydığı rəsmi məlumata görə, hücum nəticəsində 8 mülki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərbə nəticəsində yaralananlar arasında 38 yaşından 76 yaşına qədər olan altı qadın, habelə 60 və 74 yaşlarında iki kişi var. Hadisə yerinə dərhal cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Həkimlər xəsarət alanlarda ağır partlayış travmaları, kontuziyalar və çoxsaylı qəlpə yaraları qeydə alıblar.

Ukrayna hüquq-mühafizə orqanları baş vermiş hadisəni beynəlxalq humanitar hüququn pozulması və ağır hərbi cinayət faktı kimi sənədləşdirərək araşdırmalara başlayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.