Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yol hərəkətinin təşkili sakinlər üçün ciddi narahatlığa çevrilib.
Sakinlərin sözlərinə görə, evlərinə avtomobillə qayıtmaq istəyən sürücülər yoldakı bütöv xətt səbəbindən sola dönə bilmirlər. Bu qaydanı pozaraq dönənlər isə 100 manat cərimə olunur və 3 cərimə balı alırlar.
Nəticədə sürücülər evlərinə çatmaq üçün əlavə yol qət etməli, bəzi hallarda təxminən bir kilometr irəliləyərək yanacaqdoldurma məntəqəsinin yaxınlığından geriyə dönməli olurlar. Bu isə həm vaxt itkisinə, həm də həmin ərazidə nəqliyyat sıxlığının artmasına səbəb olur.
Sakinləri narahat edən yeganə məsələ avtomobillərin hərəkəti deyil. Onlar ərazidə piyada keçidinin olmamasının, zəif işıqlandırmanın və yüksək sürətlə hərəkət edən yük avtomobillərinin xüsusilə məktəbə gedən uşaqlar üçün təhlükə yaratdığını bildirirlər.
Vətəndaşların iddiasına görə, həmin ərazidə bir neçə yol-nəqliyyat hadisəsi də baş verib. Onlar problemin həlli üçün yol nişanlanmasının yenidən nəzərdən keçirilməsini, uyğun yerdə qırıq xətt və piyada keçidinin çəkilməsini, həmçinin sürət həddinin aşağı salınmasını istəyirlər.
Sakinlər qeyd ediblər ki, mövcud yol şəraiti dəyişdirilməsə, həm sürücülər, həm də piyadalar üçün çətinliklər davam edəcək./milli.az/
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.