Hərbİ
Minaya düşərək xəsarət alan şəxsin səhhəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.
Baş leytenantımız yaralanıb
Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Şəhid Ülvi Bağırovla vida mərasimi keçirilir - Fotolar
Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.
Faciəvi şəkildə həlak olan hərbçimizin FOTOSU
Xəbər verdiyimiz kimi, əsgər Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində şəhid olub.
Azərbaycanla sərhəddə Ermənistan hərbçisi minaya düşüb
Azərbaycanla sərhəddə Ermənistan hərbçisi minaya düşüb.
Xankəndidə avtomat və qumbaralar tapılıb
Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
Hərbi toplanışların keçirilməsi qaydası dəyişdi
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik edilib.
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Azərbaycan Ordusu...
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.
DTX-nin hərbi qulluqçuları üçün güzəştlər tətbiq ediləcək
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad ediləcək.
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb.
Zakir Həsənov ordu rəhbərliyini topladı - MN-də müşavirə
Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - FOTOLAR
Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub. Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Rövşən İsmayılov qaynar döyüşlərin getdiyi ərazidə aldığı güllə yarasından dünyasını dəyişib. Bildirilib ki, əslən Qubadlı rayonunun Şurnuxu kəndindən olan R.İsmayılov müharibəyə könüllü kimi qatılıbmış. Onun bir oğlu qalıb. Qafqazinfo.az
Dünən ölən hərbçimizin FOTOSU
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə edərək özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib.
Naxçıvanda hərbçilərin 15 günlük məzuniyyət haqqı NİYƏ ÖDƏNİLMİR?
Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXE) və gizirlər məzuniyyətə 30 gün əvəzinə 15 günlük buraxılıblar. Bununla bağlı Hurriyyet.az-a verilən məlumatda deyilir ki, bu proses 2020-ci ilə qədər davam edib.
Xankəndidə həlak olan polislər dəfn edildi – FOTOLAR
Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.


