Hərbİ
İsraildən hərbçilərinə: Azərbaycanı tərk edin!
İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
İki il əvvəl itkin düşmüş hərbçinin nəşi ailəsinə verilib - FOTOLAR
İki il əvvəl Laçın rayonu ərazisində əlverişsiz hava şəraitində xidmət zamanı istiqaməti itirərək itkin düşmüş iki hərbi qulluqçulardan birin nəşi ailəsinə təhvil verilib.
Hərbçilər üçün “Mənzil növbəsi” bölməsi yaradılıb
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb.
“Azərbaycan Ordusu döyüş hazırlığını yüksək saxlamalıdır” – Müdafiə naziri
“Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır”.
SON DƏQİQƏ! Qazaxda mina partlayıb, xəsarət alanlar var
Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar. Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar. Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur. Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
Laçında həlak olan hərbçilərimizlə bağlı YENİ MƏLUMAT - RƏSMİ
Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Daha iki şəhid dəfn ediləcək
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
Hərbçimiz intihar etdi
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Zakir Həsənov Qarabağda xidmət edən hərbçilərlə görüşdü
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
Daha 7 şəhid dəfn ediləcək
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Hərbçimizin ölüm səbəbi açıqlandı - Foto
Ötən gün həlak olan hərbçimiz Yunis Vasif oğlu Abbasovun ölüm səbəbi açıqlanıb.
Hərbçimiz həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Kərəm Mustafayev həbsdən qurtula BİLƏCƏKMİ? - Otağı tərk etməsi üçün 30 dəqiqə vaxt verilib...
Məlum olduğu kimi, keçən həftə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev general-polkovnik Kərəm Mustafayev vəzifəsindən çıxarılaraq, sərəncama göndərilib. Qeyd edək ki, bu haqda ilk xəbəri də elə Dia-az.İnfo olaraq bizlər oxucuların diqqətinə təqdim etmişdik. Onun yerinə təyin olunan general-mayor Kərəm Seyidov isə, hazırda Naxçıvandadır və bu gündən vəzifəsinin icrasına başlayacağı bildirilir:
Səfərbərliyin 218 əməkdaşı məsuliyyətə cəlb edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.


