banner
banner

Hərbİ

Ermənilər Ordumuza iki gündür burdan atəş açır - FOTO

Dünən axşam və bu gün səhər Naxçıvan MR ilə Ermənistanın şərti sərhədində mövqelərimizi atəşə tutan erməni hərbi mövqelərinin görüntüləri yayılıb. Musavat.com Axar.az-a istinadla Teleqram kanallarında yayılan həmin görüntüləri təqdim edir:

Bu gün nəşi tapılan hərbçimizlə bağlı maraqlı fakt - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib.

Hərbi xidmətə çağırışla bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması sərəncam imzalayıb.

Hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. oxu.az

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır. Belə ki, 6 may 2024-cü il tarixindən Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.

SON DƏQİQƏ: Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.