banner
banner

Gündəm

MN-də 143 milyonluq mənimsəmə: Polkovnik təkrar dindiriləcək

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Naxçıvan məhkəməsindən ABSURD QƏRAR - NARAZILIQ VAR

Naxçıvan şəhər Məhkəməsi qadın həmkarını döyüb, sonra da zorlamağa cəhd etməkdə günahlandırılan NTV-nin baş redaktoru G. Əliyevi 480 manat cərimələyib. Hakim Gülsüm Əliyevanın sədrlik etdiyi iclasda zərərçəkən qadın redaktorun iştirakı təmin edilməyib.

Paytaxt Bakıdan köçürülür? - Gəncə, Mingəçevir, yoxsa...

Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara - yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.

Əli Əhmədovun yerinə bu nazir gətirilir

Hökumətin əsas simalarından biri - Baş nazirin müavini Əli Əhmədov yaxın günlərdə tutduğu vəzifə ilə vidalaşacaq. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində namizədliyi hakim Yeni Azərbaycan Partiyası(YAP) tərəfindən irəli sürülən qocaman YAP-çı seçkinin nəticələri rəsmiləşəndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq postunu təhvil verəcək.