banner
banner

Gündəm

Generalın dəstəsi ordudan 143 milyon oğurlayıb, 40 milyonu geri qaytarıb - Məhkəmə işi

Yanvarın 26-da Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? - AÇIQLAMA

Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir.

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Vilayət Eyvazov tapşırıqlar verdi - Fotolar

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Xankəndiyə köçlə bağlı RƏSMİ açıqlama-ÖZƏL

“Ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər”.

Novruz bayramında əfv olacaq? - RƏSMİ AÇIQLAMA

“2023-cü ilin may ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı oldu. Bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. İl ərzində bir əfv sərəncamı olur. Novruz bayramı ərəfəsində əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir”.