banner
banner

Gündəm

SON DƏQİQƏ! Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Prezidentdən sərt xəbərdarlıq: “Naxçıvana asan çıxış olmalıdır, bu, legitim hüququmuzdur”

"Ermənistanın hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur".

Siyavuş Novruzov Ağdərə ilə bağlı elə TARİXİ FAKTLARI açıqladı ki...

Parlamentdəki müzakirələr zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri barədə deputatlara ətraflı məlumat verib.

Baş nazirdən Xankəndi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”.

Gürcüstanlı dənizçilərə Türkiyə gəmilərində işləmək imkanı verən sənəd imzalanıb

Cia.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstan ilə Türkiyə dənizçilərin sertifikatlarının qarşılıqlı şəkildə tanınması barəsində memorandum imzalayıblar. Bu barədə məlumatı Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi yayıb. Sənəd Britaniyanın paytaxtı London şəhərində, Beynəlxalq Dəniz Təşkliatının 33-cü Baş Assambleyası dövründə imzalanıb. Tərəflər Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin eləməyə hazır olduqlarını bildiriblər.

İlham Əliyev Dubayda Ərdoğanla görüşdü - Foto

Xəbər verdiyimiz kimi, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.