banner
banner

Gündəm

Minlərlə bəxtəvər “Kontakt Home”dan arzuladıqları məhsulu pulsuz aparıb - Sən də şansını yoxla

Azərbaycanın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan “Kontakt” “sevindirir” şüarına sadiq qalaraq minlərlə insanın Yeni İl arzularını reallığa çevirib. Belə ki, fürsətlərlə zəngin, ən çox qazandıran yarışmalardan olan möhtəşəm “Şeş-Qoşa” kampaniyasında bəxti şeş gətirənlər ən son model smartfondan-geniş ekranlı televizora, kiçik aksesuarlardan-böyük yataq dəstlərinə qədər 30.000 çeşiddə geniş məhsul seçimindən arzuladığını alıb, zər atıb qalib olublar.

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” ASC-də hava şəraitinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə qabaqlayıcı və zəruri tədbirlər görülüb.

Müdafiə Nazirliyindən son açıqlama: Kəlbəcərdə nə baş verir?

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Bu gün şəhid olan hərbçimiz Fotolarda

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində əsgərimiz Nəzərov Ayaz Azər oğlu şəhid olub.