banner
banner

Gündəm

İşğaldan sonra ilk dəfə...

“Azərbaycan Dəmir Yolları” QSC-dən Cia.az-a verilən məlumata görə, Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. İşğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb

Azərbaycanın televiziya kanalları HD formatda yayıma başlayacaq

“Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək. Bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.