Gündəm
Bu həftədən 11 günlük bayram tətili başlayır
Bu həftənin cümə günündən başlayaraq, Ramazan və Novruz bayramları ilə əlaqədar ardıcıl 11 qeyri-iş günü olacaq.
Müəllimlərə Novruz bayramında veriləcək mükafatın MƏBLƏĞİ
Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır
Azərbaycanda 1 milyon yarım adama qarşı bu hərəkətə imkan verilmədi - Nazir açıqladı
“Elektron Təhlükəsizlik Xidməti tərəfindən rəqəmsal mühitdə zərərli fəaliyyətlərin aşkarlanması və qarşısının alınması məqsədilə sistemli monitorinq mexanizmləri tətbiq edilib. Nəticədə yalnız son 6 ay ərzində 1700-dən çox vahid zərərli kontent yayan internet resursu müəyyən edilərək məhdudlaşdırılıb, 184 “veb-defacement” və real “DDoS” hücumu faktı operativ şəkildə aşkarlanaraq zərərsizləşdirilib. Fərdi və korporativ məlumatların qorunması da xüsusi diqqət mərkəzində saxlanılır. Görülmüş tədbirlər nəticəsində 1,5 milyondan artıq informasiya sızıntısı faktı müəyyən edilərək müvafiq reaksiya tədbirləri həyata keçirilib”.
Bu şəxslərin əmlakı müsadirə olunur – Səbəb
Gürcüstanın Marneuli rayonunda bir neçə azərbaycanlıya məxsus daşınmaz əmlak dövlət ehtiyacları üçün məcburi qaydada müsadirə ediləcək.
Paytaxtın abad məhəllələrində Novruz şənlikləri - Fotolar
Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir. Bununla əlaqədar paytaxt rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil olunur.
Ayın 16-dan etibarən partlayış səsləri gələcək - XƏBƏRDARLIQ
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Ramazanın iyirmi beşinci gününün imsak, iftar vaxtı və duası
Sabah Ramazan ayının iyirmi beşinci günüdür. Ramazan təqviminə əsasən, martın 15-i Bakıda imsak vaxtı saat 05:26, iftar isə 19:02-yə təyin olunub
Emin Ağalarov xanımı ilə Fransada - Fotolar
Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova ilə Fransaya yollanıb.
Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional layihələri müzakirə edib.
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
Kamran Əliyev tələbələrə mühazirə keçdi - Fotolar
Martın 13-ü Baş prokuror Kamran Əliyev tərəfindən Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin tələbə və professor-müəllim heyəti üçün “Rəqəmsal dövrdə sübutetmə: Klassik qaydalar və müasir çağırışlar” mövzusunda mühazirə keçirilib.
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - Təsdiqləndi
Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.


