banner
banner

Gündəm

SON DƏQİQƏ: Əli Əsədov məmurları topladı - TAPŞIRIQLAR VERDİ

7 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Google sizin danışıqlarınızı dinləyə bilər: bunu necə söndürmək olar?

Müasir rəqəmsal köməkçilər artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib – hava proqnozunu öyrənmək və ya xatırlatmalar qurmaq üçün istifadə olunur. Lakin bu rahatlığın qarşılığında çox vaxt məxfilikdən imtina etməli oluruq. Çünki cihazlar sizin birbaşa razılığınız olmadan ətraf səsləri qeydə ala bilər.

Kartınızı bankomata taxmazdan əvvəl bunu edin

Son dövrlərdə ATM-lərdə fərq edilmədən qurulan gizli tələlər vətəndaşların kart və şifrə məlumatlarını sürətlə kopyalayaraq böyük itkilərə yol açır. Mütəxəssislər kartınızı daxil etməzdən əvvəl edilməsi lazım olan çox sadə, lakin həyati bir nəzarət üsuluna diqqət çəkirlər.

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

DTX rəisindən MÜHÜM AÇIQLAMALAR

“Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib”.