banner
banner

Gündəm

“Hüseynbala Mirələmov artıq siyasətlə vidalaşsın” - Çingiz Qənizadə

Uzun zamandır mətbuatda, televiziya kanallarında görünməyən Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov bir qeyri-etik hərəkəti ilə ölkənin gündəminə gəldi. Belə görünür ki, bu, Mirələmovun son gündəmə gəlişidir. Çünki ekspertlər hesab edirlər ki, Yeni Azərbaycan Partiyasının da sıralarından xaric edilən Hüseynbala Mirələmovun siyasi karyerası bitmiş sayılır.

Tahir Mirkişili: "Türk dünyasını yeni uğurlar gözləyir"

"ABŞ Konqresi və Senatı 2019-cu ildə qondarma erməni "soyqırımı" ilə bağlı sənəd qəbul etdi. Ondan daha əvvəl Fransa, Rusiya, Almaniya və s. kimi ölkələr də 1915-ci ildə baş vermiş və əslində, özlərinin səbəb olduğu hadisələri "soyqırım" kimi tanıdılar. Amma maraqlısı budur ki, hər belə bir qərardan sonra Türkiyə və türk dünyası daha da gücləndi".

Türkiyə tarixçisi: Baydenin qondarma soyqırımı açıqlaması siyasi baxışı əks etdirir

"ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlaması 1915-ci il hadisələrinə sadəcə siyasi baxışı əks etdirir. Bildiyimiz kimi, 30-a yaxın ölkə həmin hadisələri "soyqırımı" kimi qiymətləndirib. Bu sadəcə, erməni ictimaiyyəti üçün psixoloji rahatlanma metodudur. Çünki belə iddiaların bir hüquqi səviyyə təşkil etməsi üçün beynəlxalq məhkəmə qərarı, müvafiq, sənəd, material və elmi araşdırmaların ortaya çıxarılması lazımdır”.