Sosİal
Azərbaycanda bu cərimələr ARTIRILDI - TAM SİYAHI
İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Bu kommunal xidmətin qiyməti 2 dəfə artdı
Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb.
Bakıda 11 aylıq körpə istidən öldü
11 aylıq Aynur Əfqan qızı Məstənzadə evdə qəfil halı pisləşərək ölüb.
Qanun təsdiqləndi: 20 min manat cərimə...
Azərbaycanda taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlər 20 min manat cərimələnəcək.
Taksi ilə bağlı cərimələr BU TARİXDƏN qüvvəyə minəcək: icazəsiz fəaliyyətə görə 40 min manat...
Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni: - "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına; - hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə; - "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə, - icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək. Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək. Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılar
Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ!
Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "kupça" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Amma əsas məsələlərdən biri isə sənədsiz evlərdə komunal ödənişlər məsələsidir.
Bu kommunal xidmətin qiyməti qaldırıldı – Rəsmi
Hazırda Bakıda 5 məktəb, 1 uşaq bağçası, 4 səhiyyə obyekti, 4 digər büdcə təşkilatı, 76 kommersiya obyektinə, ümumilikdə 54 binaya 42 qazanxana vasitəsilə isti su verilir.
Pensiya alanlara şad xəbər
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi iyul ayının 14-ü tarixinə nəzərdə tutulub.
Bu müavinətlər artdı - 415, 435 AZN- Prezident təsdiqlədi
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Alimentin müəyyən hissəsi uşağın bank hesabına köçürülə bilər
Ananın aldığı alimenti başqa məqsədlərə sərf etdiyi halda atanın alimentin müəyyən hissəsini uşaqların adına açılmış bank hesabına köçürülməsinin şərtləri, baxılması qaydası və xüsusiyyətləri müzakirəyə çıxarılıb.
Nazirlikdən XƏBƏRDARLIQ - Bu şəxslər 2 min manatadək cərimələnəcək
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir.
Sabah çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
İyulun 12-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.


