banner
banner

Sosİal

Azərbaycanda bu qadağa aradan götürüldü

Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi. Amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidir.

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olundu

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Azərbaycanda unun qiyməti kəskin ucuzlaşdı

İyun ayının 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb. Ayın 23-də açıqlanan sonuncu məlumata görə Azərbaycanda topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişib. 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 27,2 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 29,2 manata “Neon” Firması satıb. Qeyd edək ki, bu ayın əvvəlində “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, “Neon” Firması isə 32,9 manata satıb.

Yağış, dolu, külək - Bu günün HAVASI

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.